Haqqımızda

İnformasiya bolluğu, əlverişlilik və kreativlik kimi keyfiyyətləri ilə 17 sentyabr 2012-ci ildə fəaliyyətə başlayan STUDENTS.AZ –Azərbaycanın bütün universitetlərini əhatə edən bir layihəyə  imza atmışdır.

İstifadəçilərə bildirmək istəyirik ki, bu layihə peşəkar  müəllimlər, proqramçılar, dizaynerlər, psixoloqlar tərəfindən spesifik və tələbkar auditoriya üçün işlənib hazırlanmışdır. Saytın ziyarətçilərinin 75%-i Bakı Ali məktəblərinə və ölkənin digər təhsil mərkəzlərinə qəbul olmaq istəyən potensial abituriyentlər və Azərbaycan vətəndaşlarıdır. Aparılan test-sorğuları əsasında tələbələr, abituriyentlər və onların valideynlərini maraqlandıran rubrikalar hazırlanıb: Azərbaycan universitetləri, xaricdə təhsil, kurslar, müəllimlər. Resurs yalnız tələbələr üçün deyil, təhsil ilə maraqlanan hər kəs üçün hazırlanıb.

Layihəni hazırlayanlar ali məktəblərin fəaliyyətinin, onların yeni layihələrdə iştirakının, universitetlərdə təhsilin inkişafının operativ işıqlandırılmasına xüsusi diqqət ayırıb.