Azərbaycan Texniki Universiteti Universitet

Bakı, Hüseyn Cavid pr.25

Təsvir

Azərbaycan Texniki Universiteti ölkəmizin aparıcı ali təhsil ocaqlarından biri olaraq 1950-ci ildən fəaliyyət göstərir və müasir tələblərə uyğun bakalavr və magistr hazırlığı üçün güclü professor-müəllim heyətinə və müvafiq maddi-texniki bazaya malikdir. Azərbaycan Texniki Universitetində 10.000-nə yaxın tələbə təhsil alır. Hazırda universitetdə elm və texnikanın müxtəlif sahələrini əhatə edən 26 istiqamətdə 70 ixtisas üzrə yüksək səviyyəli mütəxəssis və elmi kadrlar hazırlanır. Universitetdə "Nəqliyyat","Elektrotexnika və energetika","Radiotexnika və rabitə", "Metallurgiya" ,"Maşınqayırma", "Avtomatika və Komputer texnikası", "Texnoloji maşınlar" və "Mühəndis biznesi və menecment" fakültələri fəaliyyət göstərir. Bu fakültələrdə əyani və qiyabi formada 6000-dək tələbə təhsil alır. Onlardan 300 nəfərə qədəri xarici vətəndaşlardır. Universitetin 46 kafedrasında 600-dək professor-müəllim heyəti, o cümlədən 70 nəfərədək elmlər doktoru, professor, 400-dək elmlər namizədi, dosent çalışır.
Universitetdə elmin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış Elmi Şuralar fəaliyyət göstərir. Universitetin elmi nəaliyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan Universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir. Həmçinin universitetdə özünəməxsus yemekxana və poliklinika fəaliyyət göstərir.
Boloniya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar Universitet ABŞ-ın, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl Universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuş və əməkdaşlığı daim genişləndirir. Ümumavropa təhsil layihələrində (TEMPUS, TACİS və s.) Universitetin əməkdaşları fəal iştirak edirlər.
Universitetin kafedraları kompüter avadanlığı və ixtisaslaşmış laboratoriyalarla təchiz olunmuşdur. Texnikanın müasir sahələri üzrə tələbələrin hazırlanması və ixtisasların artırılması məqsədilə xüsusi tədris mərkəzləri yaradılmışdır.
Universitetdə müasir idman sarayı, tələbə şəhərciyi və tələbə-istirahət düşərgəsi fəaliyyət göstərir. Universitet öz imkanlarından istifadə edərək ölkəmizin sosial və iqtisadi problemlərinin həllində yaxından iştirak edir.

Daha çox göstər

Əlaqə

Ətraflı məlumat

  • Абревиатура: AzTU
  • Сайт: Open Link
  • Ректор: Yahudov Xaliq Məcid oğlu

Əlaqəli

İxtisas46

  1. Kompyuter elmləri
  2. Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
  3. Menecment
  4. Sənayenin təşkili və idarə olunması
  5. Ekologiya mühəndisliyi
  6. Elektroenergetika mühəndisliyi
  7. Elektrik mühəndisliyi
  8. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  9. Kompyuter mühəndisliyi
  10. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
  11. Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Tempus layihəsi)
  12. Elektroenergetika mühəndisliyi (Avropa İttifaqının TEMPUS layihəsi çərçivəsində)
  13. İstilik energetikası mühəndisliyi
  14. Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
  15. Biotibbi texnologiya mühəndisliyi
  16. Компьютерная инженерия
  17. Инженер по электронике, телекоммуникации и радиотехнике
  18. Управление бизнесом
  19. Maşın mühəndisliyi
  20. Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi
  21. Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
  22. Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi
  23. Организация и управление промышленностью
  24. Инженер по машинам
  25. Инженер по информационным технологиям и системам
  26. Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
  27. Инженер по автоматизации процессов
  28. Materialşünaslıq mühəndisliyi
  29. Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
  30. Mexanika mühəndisliyi
  31. Dağ-mədən mühəndisliyi
  32. Enerji maşınqayırması mühəndisliyi
  33. Cihazqayırma mühəndisliyi
  34. Инженер по организации перевозок и управлению на транспорте
  35. Elektrik mühəndisliyi (Tempus layihəsi)
  36. Metallurgiya mühəndisliyi
  37. Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi
  38. Poliqrafiya mühəndisliyi
  39. Nəqliyyat servisi (avtomobil nəqliyyatı üzrə)
  40. Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı
  41. Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri
  42. Silah və silah sistemlərinin istehsal texnologiyası
  43. Pirotexniki vasitələrin texnologiyası
  44. Optotexnika
  45. Инженер по электронике телекоммуникации и радиотехнике
  46. Инженер-металлург

Fakültə10

Xəritəsi

Comments (2)

  1. Guest
    Guest 3 years ago
    Praseslerin aftamatlasdirilmasi ödəniş neqederdi
  2. Guest
    Guest 3 years ago
    Kompüter mühəndisliyi